YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəkidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

Şəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş video çarxa baxıblar.

Şəki şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov çıxış edərək bəşəriyyətin dünyaya bəxş etdiyi az sayda şəxsiyyətlərdən olan Ulu Öndər Heydər Əliyevin xalqının sevimlisi, istinad mənbəyi olduğunu, bütün ictimai və siyasi fəaliyyətini onun xoşbəxt gələcəyi naminə qurduğunu bildirmiş, Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından bəhs etmişlər. Qeyd olunub ki, Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın bütün sahələrdə uğurlu inkişafını təmin etdi və gələcəyi üçün möhkəm təməl yaratdı.

Tədbir bədii hissə ilə yekunlaşıb.