YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlığın genişləndirilməsi üçün önəmli addımlar atılacaq

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri  və səfər zamanı keçirdiyi görüşlərlə, mətbuata verdiyi bəyanatla yadda qaldı. Səfər çərçivəsində Prezident İlham Əliyevin və Robert Fitsonun təkbətək və geniş tərkibdə görüşləri, mətbuata birgə bəyanatları iki ölkə arasında münasibətlərin dünəni, bugünu və gələcəyi barədə aydın təsəvvür yaratdı. Ölkə Prezidenti İlham Əliyev bəyanatında bildirdi ki, Azərbaycan və Slovakiya  arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. İki ölkə arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulmuşdur. Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi 1 oktyabr 2019-cu ildən fəaliyyət göstərir. Azərbaycan Respublikasının Slovakiya Respublikasının Bratislava şəhərində səfirliyi 28 iyul 2023-cü ildə təsis edilmişdir. Ölkə başçısı onuda  qeyd etdi ki, əməkdaşlığın genişləndirilməsi üçün önəmli addımlar atılacaqdır. Gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində də siyasi səviyyədə olduğu kimi işlər sürətlə gedəcək.

Bu gün Azərbaycan- Slovakiya münasibətləri yüksələn xətlə inkişaf edir. Bu çox sevindirici və qürurverici haldır. Ötən illər ərzində Azərbaycan-Slovakiya əlaqələri çox uğurla inkişaf edib. İkitərəfli münasibətlərin genişlənməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasına səfəri böyük rol oynayıb. Azərbaycanın enerji siyasəti və onun coğrafiyasının genişlənməsi də iki ölkə lideri arasında aparılan müzakirələrdə xüsusi yer tutub. Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir. “Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Artıq bu il Avropa ölkələrinə təbii qaz təchizatı 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər isə təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi nəzərdə tutulur.

Azərbaycan-Slovakiya münasibətləri siyasi dialoqa, etibarlı tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə əsaslanır. Slovakiya Baş nazirinin Azərbaycana səfəri ölkələrimiz arasında münasibətlərin gələcək inkişafına ciddi təkan verəcək. Slovakiya və Azərbaycan iki dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcəklər və strateji əməkdaşlıq səviyyəsi daha da yüksələcək.