Xəbərlər
Azərbaycan və Kuveyt Silahlı Qüvvələri arasında hərbi əməkdaşlağın perspektivləri müzakirə edilib
Müdafiə naziri Küveyt səfiri ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, avqustun 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Küveyt Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi ilə görüşüb.
Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan Respublikası ilə Küveyt Dövlətinin Silahlı Qüvvələri arasında hərbi əməkdaşlağın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.