YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Zərifə xanım Əliyevanın keçdiyi ömür yolu hər bir Azərbaycan vətəndaşı üçün həyat məktəbidir

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

YAP Tərtər rayon təşkilatında keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin,  akademik  Zərifə xanım Əliyevanın və şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.

Tədbirdə çıxış edən YAP  Tərtər  rayon təşkilatının  sədri Eldar  Əsədov akademik Zərifə xanım Əliyevanın alim kimi qazandığı böyük uğurların Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil etdiyini, onun keçdiyi şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu qeyd deyib. O, görkəmli Zərifə xanım Əliyevanın məğrur Azərbaycan qadınına məxsus mətanət və mübarizlik, zəriflik və nəciblik, gözəllik və mərhəmətlik, humanistlik və vətənpərvərlik rəmzi olaraq müasir dövr sivilizasiyasının mürəkkəb və keçilməz sədlərini məharətlə adladığını, onun ciddi tələblərinə mətinliklə cavab verərək elm və təfəkkürün, həkimlik və pedaqoqluğun, rəhmdillik və təvazökarlığın, alicənablıq və insansevərliyin ən uca zirvəsinə yüksəldiyini vurğulayıb.

Tərtər Rayon İcra Hakimiyyətinin məsul işçisi Svetlana Əzizova, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Bəkir Nağıyev, xəstəxananın həkimi Pərvanə Xuduyeva, baş tibb bacısı  Lalə Qasımova akademik Zərifə xanım Əliyevanın elmi-pedaqoji fəaliyyəti, çoxşaxəli elmi-tədqiqat işləri, yüksək ixtisaslı gənc alim kadrları yetişdirməsi, xalqının tərəqqisi və maariflənməsinə əvəzsiz töhfələr verməsi və zəngin mənəviyyata sahib olmasından bəhs ediblər.

DİGƏR Xəbərlər Arxiv