Xəbərlər
Tibb elminə həsr olunan ömür
Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatı görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi və Xocavənd qəsəbəsində Şəhidlər məzarlığı ziyarət edilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın həyatından bəhs edən “Əsl məhəbbət haqqında” adlı sənədli film nümayiş etdirilib.
Çıxışlarda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın fəaliyyəti baradə geniş məlumat verilib. Diqqətə çatdırılıb ki, Zərifə Xanım Əliyeva vaxtilə Azərbaycanda geniş yayılmış traxoma, peşə fəaliyyəti ilə bağlı yaranan göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi, habelə oftalmologiyanın problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifidir. Zərifə xanım Əliyevanın ümumilikdə 200-ə qədər elmi işin, 14 monoqrafiyanın və 12 səmərələşdirici təkliflərin müəllifi olduğu, yüksəkixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük töhfələr verdiyi, oftalmologiya sahəsində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadın olduğu vurğulanıb.