YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“The Times of Israel” qəzeti: Azərbaycan sivilizasiyalararsı və konfessiyalararası dialoqun həqiqi və parlaq modelidir

Amerikada çıxan nüfuzlu ingilisdilli “The Times of Israel” qəzetində İsrail-Azərbaycan tərəfdaşlığının müasir mərhələsi və perspektivləri, Azərbaycan cəmiyyətində multikulturalizm və tolerantlıq, 1918-ci ilin qanlı mart hadisələri, 1992-ci ilin fevralında erməni faşistləri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırım aktı barədə məqalə dərc edilib .

Məqalənin müəllifi İsraildə fəaliyyət göstərən “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qutdur. Məqalə müəllifinin fikrincə, əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan dövlətinin İsrail ilə uzunmüddətli və strateji münasibətlər yarada bilməsi faktı ilə maraqlananlar respublikanın dağlıq bölgəsində yerləşən Quba rayonundakı məşhur Qırmızı Qəsəbə ilə tanış olsalar kifayətdir.

Məqalə müəllifi qeyd edir ki, həmin günlərdə ermənilər tərəfindən törədilmiş cinayətlər Azərbaycan xalqının yaddaşında əbədi iz qoyub. Arye Qut Amerikada çıxan nüfuzlu ingilisdilli “The Times of Israel” qəzetində yazır: “Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edilib. Ermənilər azərbaycanlıların evlərinə od vurur, insanları diri-diri yandırır, milli memarlıq incilərini, məktəbləri, məscidləri və tarixi abidələri dağıdırdılar. Onlar Bakının çox hissəsini xarabazarlığa çevirdilər. Erməni silahlı dəstələri qısa müddətdə 50.000-dən çox müsəlman əhalini - azərbaycanlıları, ləzgiləri, habelə yəhudiləri və digər xalqların nümayəndələri məhv ediblər. Bu hadisəni soyqırım aktı, kütləvi qanlı qırğın adlandırmaq olar, çünki kütləvi qətllər etnik mənsubiyyət əlamətinə görə törədilmişdi, özü də bunu edənlər hansısa naməlum banditlər deyil, o vaxt Stepan Şaumyan başda olmaqla Bakıda və Azərbaycanın çox hissəsində hakimiyyətdə olan kommunistlər idi”.

İsrailli ekspert məqaləsində vurğulayır ki, Qırmızı Qəsəbə dünyada İsraildən sonra yəhudilərin yığcam şəkildə yaşadığı yeganə və unikal məkan, sözün həqiqi mənasında Azərbaycanın fəxridir.

Arye Qutun fikrincə, Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş etnik təmizləmələrə və təcavüzə, Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsinə, bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə baxmayaraq, Azərbaycan sivilizasiyalararası və konfessiyalararası dialoqun həqiqi və parlaq modelidir.

İsrailli ekspertin fikrincə, ölkənin yəhudi icmasına qardaşcasına səmimi münasibət Azərbaycanda tolerantlığın parlaq nümunəsidir. Məqalə müəllifi qürurla vurğulayır: “Bu gün məşhur Qırmızı Qəsəbədə təxminən 5000 yəhudi yaşayır. Qəsəbədə 3 məktəb və 3 sinaqoq fəaliyyət göstərir. Bu faktlarla fəxr etməyə dəyər. İvrit dilinin öyrədilməsi, yəhudi maddi mədəniyyətinə aid artefaktlar və əşyalar, Azərbaycan xalçalarının zəngin naxışları, müxtəlif mədəniyyətlərin və müxtəlif xalqların qaynayıb-qarışması – bütün bunlar Azərbaycanın nail olduğu real mədəni tolerantlığa böyük və sanballı töhfədir. Rəvayətə görə, yəhudilər Qubaya ilk dəfə XIII əsrdə gəliblər, lakin bu iki xalq və onların mədəniyyətləri arasında münasibətlərin əsası 1742-ci ildə qoyulub. Həmin ildə Hüseynəli xan və onun oğlu Fətəli yəhudilərin burada öz kəndlərini salmasına icazə və xeyr-dua veriblər. Fətəli xan yəhudiləri onlara qarşı baş verə biləcək hücumlardan qorumağı təklif edib. Bu qardaşcasına etimada əsaslanan münasibətlər əsrlərin sınağından uğurla çıxıb və bu gün Azərbaycan ilə İsrail arasında real, əsl diplomatik ittifaqda öz təcəssümünü tapıb. Sovet İttifaqı dağılandan sonra Azərbaycanı dünyada müstəqil dövlət kimi tanıyan ilk dövlətlərdən biri İsrail olub”.

Arye Qut qeyd edir ki, İsrail dövləti Azərbaycan rəhbərliyinin və şəxsən Azərbaycan Prezidentinin yəhudi icmasına dünyada analoqu olmayan səmimi münasibətini yüksək qiymətləndirir.

 

DİGƏR Xəbərlər Arxiv