YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Şəki-Zaqatala bölgəsi üzrə rayon şöbələrinin birgə müşavirəsi keçirilib

Avqustun 18-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Şəki-Zaqatala bölgəsi üzrə rayon şöbələrinin qarşıdan gələn parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar birgə müşavirəsi keçirilib.

Qəbələ şəhərində keçirilən müşavirədə parlament seçkilərinə hazırlıq işləri barədə ümumi məsələlər müzakirə edilib. Müşavirədə ötən dövr ərzində görülmüş işlər haqqında məlumat verilmiş, qarşıda duran vəzifələrin icrası ilə bağlı görüləcək işlərdən bəhs edilmişdir.

Müşavirədə çıxış edən YAP-ın Sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov noyabrın 1-də ölkəmizdə Milli Məclisə keçiriləcək seçkilərə hazırlıq işlərinin yekunlaşmaq üzrə olduğunu diqqətə çatdırmışdır. Əli Əhmədovun sözlərinə görə, YAP-ın bütün yerli strukturları və fəalları hazırlıq prosesinə fəal cəlb olunmuşdur.

Qeyd edilmişdir ki, artıq bütün rayon və şəhər təşkilatlarında  YAP-ın Mərkəzi Seçki Qərargahının şöbələri yaradılıb. Burada partiyanın fəalları, seçki təcrübəsi olan insanlar fəaliyyət göstərirlər.

Əli Əhmədov vurğulamışdır ki, YAP-ın parlament seçkilərində böyük uğur qazanması üçün obyektiv şərtlər mövcuddur. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan islahatların, nəhəng quruculuq işlərinin uğurlu nəticələri, yekunda isə Azərbaycan vətəndaşının günü-gündən yüksələn sosial durumu, əhalinin rifahının yüksəlməsi, iqtisadiyyatın dinamik inkişafı,  bölgələrin sosial-iqtisadi inkişafı, Azərbaycanın beynəlxalq müstəvidə imicinin artması və s. partiyamızın qələbəsini şərtləndirən əsas amillərdəndir.  

Müşavirədə həmçinin YAP-ın Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov və Şəki şəhər təşkilatının sədri Həsən Həsənov çıxış edərək seçki qərargahlarının iş prinsipi, görülmüş işlər, Mərkəzi Seçki Qərargahının tapşırıq və tövsiyyələrinin icrası vəziyyəti haqqında ətraflı məlumat vermişlər.

Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov müşavirədə çıxış etmişdir.

 

DİGƏR Xəbərlər Arxiv