YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərabərhüquqlu tərəfdaşlıq əlaqələri genişlənir

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Azərbaycan qədim və şərəfli dövlətçilik tarixinə, zəngin dövlətçilik irsinə malikdir. Bu ənənələr ölkəmizin ağır və faciəli məqamlarında dəfələrlə qırılsa da xalqımız çətin sınaqlardan çıxaraq tarixi ədaləti bərpa etmiş, qədim dövlətçilik ənənələrinə sədaqətini göstərmiş, təkcə müdafiə qabiliyyəti ilə deyil, diplomatiya vasitəsilə də müstəqilliyini qoruyub saxlaya bilmişdir.

Ölkəmiz öz milli maraqlarını, regionda aparıcı dövlət statusunu qorumaqla yanaşı, Qərb, islam ölkələri, türk dünyası və Müstəqil Dövlətlər Birliyinin siyasi iqtisadi-mədəni məkanları ilə qarşılıqlı faydalı münasibətlər qurur, beynəlxalq əməkdaşlığı və bərabərhüquqlu tərəfdaşlıq əlaqələrini genişləndirir. Bu gün Azərbaycan Respublikasının siyasi və iqtisadi potensialı artmış, regionda söz sahibi olan dövlətə çevrilmiş, beynəlxalq "siyasət səhnəsi"ndə nüfuzu və mövqeyi daha da möhkəmlənmişdir. 

Azərbaycan beynəlxalq əlaqələr sisteminə cəlb olunan bütün dövlətlərə münasibətdə onların ərazi böyüklüyü, hərbi gücü və iqtisadi potensialından asılı olmayaraq, dövlətlərin suveren bərabərliyi prinsipinə əsaslanan müstəqil xarici siyasət həyata keçirir. Azərbaycan bütün ölkələrlə dostluq və qarşılıqlı səmərəli ikitərəfli və çoxtərəfli əlaqələrini inkişaf etdirməklə öz regionunda və onun sərhədlərindən kənarda sülh içində birgə yaşama və mehriban qonşuluğu təşviq etməkdə çox maraqlıdır.

Aprelin 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso  Azərbaycana ilk dəfə rəsmi səfər etmişdir. Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun ölkəmizə rəsmi səfəri çox böyük əhəmiyyət daşıyır. Görüş zamanı hər iki dövlət başçısı arasında siyasi, iqtisadi, investisiya, energetika və digər sahələrdə mümkün olan əməkdaşlıq münasibətləri, o cümlədən  təhsil, mədəniyyət və digər sahələrdəki əməkdaşlıq imkanları da müzakirə olundu.

Cənab İlham Əliyev görüş zamanı Qoşulmama hərəkətına sədrlik dönəmində Azərbaycanın təşəbbüslərinə Konqonun hər zaman dəstək oluğunu bildirdi və  qeyd etdi ki, bunun nəticəsində  Qoşulmama Hərəkatının institusional inkişafı təmin edilmişdir. 

Qoşulmama hərəkatı dünyada BMT-dən sonra ikinic böyük təşkilatdır və hal-hazırda 120 dünya dövləti bu təşkilata üzvdür. 120 ölkənin yekdil qərarı ilə 2023-ci ilin axırına kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması ölkəmizə   qarşı olan böyük  hörmət və fəaliyyətimizin qiymətləndirilməsinin  əlamətidir. Qoşulmama hərəkatına sədrlik dönəmində  Azərbaycanın qarşısında duran əsas prioritet məsələlərdən biri  neokolonializmə qarşı mübarizə olmuşdur.

Görüş çərçivəsində hər iki dövlət başçısı arasında “Əməkdaşlıq haqqında Bəyannamə”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu”, iqtisadi, siyasi sosial və digər sahələrə aid mühüm sənədlər imzalandı.

Əminliklə vurğulamaq istərdim ki, Azərbaycan və Konqo respublikası arasında imzalanan həmin bəyannamə ilə ölkələrimiz arasında olan  dostluq və qarşılıqlı əməkdaşlıq münasibətləri bundan sonra daha da möhkəmlənəcək.