Xəbərlər
Şəmkirdə anım tədbiri keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatında “Azərbaycanlıların Soyqırımı Günü xalqımızın qan yaddaşıdır” mövzusunda anım tədbiri keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, soyqırımı qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir şəhər ərazi partiya təşkilatının sədri Pərviz İbrahimov, partiya fəalları Aslanalı Hüseynov, Ömər Qənbərli çıxış edərək 1918-ci ilin mart-aprel aylarında erməni təcavüzkarları tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı aktlarından, Azərbaycanın müxtəlif bölgələrində baş vermiş erməni terroru və vəhşiliklərindən bəhs edib, Allahdan soyqırımı qurbanlarına və bütün şəhidlərimizə rəhmət diləyiblər.