YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnkişafı təmin edən Lider!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Yevlax rayonunun Salahlı, Havarlı kəndlərində, şəhərin Nizami prospekti və M.Ə.Rəsulzadə küçəsində yaşayan seçicilərlə görüş keçirilib.

Görüşlərdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, təşviqat qrupunun üzvləri Telman Əsədov, Əlirza Abdullayev və Vahid Quliyev bildiriblər ki,  Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğu” ilə qazanılan qələbə Azərbaycan tarixinin ən parlaq səhifəsidir. Natiqlər Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və tarixi ədalətin bərqərar olmasının Prezident İlham Əliyevin 20 illik fəaliyyətinin zirvəsi olduğunu vurğulayıblar.

Çıxış edənlər prezident seçkilərinin əhəmiyyətinə toxunaraq bildiriblər ki, müstəqil Azərbaycan Respublikasının tarixində ilk dəfə ölkəmizin bütün ərazilərində keçiriləcək seçkilər Zəfər seçkisidir.

Natiqlər seçiciləri uğurlarımızı davam etdirmək və ümumiyyətlə qalib, inkişaf etmiş xalq kimi yaşamaq üçün cənab İlham Əliyevə səs verməyə çağırıblar.