Xəbərlər
Qalib xalqın tərəddüdsüz seçimi qalib Liderdir
2024-cü ilin fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də Mingəçevir şəhər seçiciləri ilə görüş keçirilib.
Görüşlərdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, təşviqat qrupunun üzvləri Cavanşir Yusubov, İranə Həsənova, Mustafa Muradov, Mahir Mürsəlov, Aidə İsmayılova, Rövşən Əhmədov, Ədalət Quliyeva və Pərviz Məmmədov çıxış ediblər.
Natiqlər bildiriblər ki, gələcək inkişaf konsepsiyasının uğurla icrası üçün növbəti dövrdə də cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etməsi olduqca zəruridir.
Seçicilər isə "Qalib xalqın tərəddüdsüz seçimi qalib Liderdir!",- deyə əminliklə vurğulayıblar.