YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanı yeni qələbələrə qovuşduracaq Lider

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində  fevralın 2-də Lənkəran şəhərində gənclərlə görüş keçirilib.

Görüşdə  çıxış edən  YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev bildirib ki, 7 fevral tarixində keçiriləcək prezident seçkiləri çağdaş tariximizə Zəfər seçkiləri kimi yazılacaq. Bu seçkilər müstəqillik tariximizdə ilk dəfə olaraq  bütün ərazilərimizi əhatə edəcək. Qürurvericidir ki, işğaldan azad edilmiş ərazilərimizdə soydaşlarımızın  seçkilərdə yüksək səviyyədə iştirakını təmin etmək üçün seçki məntəqələri yaradılıb.

Seçicilər son 20 ilin tarixi uğurlarına əsaslanaraq Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini diqqətə çatdırıblar.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində Lənkəran şəhəri “Vüsal Quliyev 5” ünvanında yaşayan seçicilərlə də görüş keçirilib.