Xəbərlər
Xalqımızın yeganə seçimi Yeni Azərbaycan Partiyasının namizədidir

Pirallahıda seçicilərlə fərdi görüşlər keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Pirallahı rayonunda “qapı-qapı” məhəllə görüşlərinin qrafikinə uyğun olaraq seçicilərlə fərdi görüşlər keçirilib.
Görüşlər zamanı seçicilərə 7 fevral prezident seçkilərində fəal iştirak edərək uğurlarımızın davamı, yeni zirvələri fəth etmək üçün YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırış edilib.
Seçicilər də son 20 ilin tarixi uğurlarına əsaslanaraq Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.