Xəbərlər
İnam sonsuzdur!
Səbail rayonunda yaşayan seçicilərlə növbəti görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Səbail rayonunda yaşayan seçicilərlə növbəti görüş keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, YAP İdarə Heyətinin üzvləri, Milli Məclisin deputatları Hikmət Məmmədov, Şahin İsmayılov, təşviqat qrupunun üzvləri Hüseyn Hüseynov, Əhliman Qarayev, Nicat Hüseynov, Fəqan Nəsibzadə və Fuad Heydərli çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, son 20 il Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderliyi, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub.
Natiqlər bildiriblər ki, gələcək inkişaf konsepsiyasının uğurla icrası üçün növbəti dövrdə də cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etməsi olduqca zəruridir. Xalqımız daim dövlət başçısının ətrafında sıx birləşməli, 7 fevralda keçiriləcək prezident seçkilərində bu möhtəşəm siyasətin davamına səs verməlidir.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Qeyd edək ki, təşviqat qrupunun üzvləri “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq “Aydın Məmmədov küçəsi 55”, “Elçin Əzizov küçəsi” və “Salyan yolu dalan 4” ünvanlarında yaşayan seçicilərlə fərdi görüşlər də keçiriblər.