YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfərlərin davamlılığına səs verək!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-də Zaqatala rayonunun Bəhmətli və Lahıc kəndlərində seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Zaqatala rayon təşkilatının sədr müavini Fərid Ramazanov, Milli Məclisin deputatı Kamilə Əliyeva, YAP Veteranlar Şurasının üzvü Tahir Məmmədov, təşviqat qrupunun üzvü İbrahim İbrahimov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə ölkədə gedən dinamik inkişaf, neft kapitalının insan kapitalına çevirilməsi, vətəndaşların rifah halının yaxşılaşdırılması və peşəkar ordu quruculuğu böyük nailiyyətlərdir.

Zaqatala sakinləri artıq seçimlərini etdiklərini, fevralın 7-də seçki məntəqələrinə gedərək cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.