YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uzaqgörən siyasət

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Pirallahı rayonunda seçicilərlə fərdi görüşlər keçirilib.

Görüş zamanı seçkilərin müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq respublikamızın bütün ərazilərində keçirilməsi və cəmiyyət tərəfindən haqlı olaraq Zəfər seçkisi kimi dəyərləndirildiyi diqqətə çatdırılıb.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyev ötən 20 ildə verdiyi bütün vədləri yerinə yetirib, dövlət başçısının uzaqgörən siyasəti nəticəsində Azərbaycan hərtərəfli inkişaf edir. 

Təşviqat qrupunun üzvləri seçiciləri 7 fevral prezident seçkilərində fəal olmağa və xoşbəxt gələcəyimizin təminatçısı cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.