YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalibiyyətin davamına səs verək!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Salyan rayonunda şəhid ailələri və müharibə veteranları ilə görüş keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Görüşdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, təşviqat qrupunun üzvləri Allahverdi Piriyev, Yaqut Ələsgərova, Fərqanə Cəbrayılova, Səidə Əliyeva, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Sübhan Cəbrayılovun anası Ləzifə Cəbrayılova, şəhid valideynləri Xoşgül Axundova, Nilufər Ələkbərova, Valeh Mehdiyev, İsaxan İmanov və Vətən müharibəsi iştirakçısı Abdulla Əliyev çıxış ediblər.

Çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər, 2023-cü il 19-20 sentyabr tarixlərində keçirilən lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam təmin olunmasını tariximizin ən mühüm hadisələri kimi dəyərləndiriblər. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü tam bərpa edən Azərbaycanın qarşısında dayanan əsas məqsəd işğaldan azad olunan torpaqlarımızda bərpa-quruculuq işlərinin sona çatdırılmasıdır. İndi xalqımız əmindir ki, qalib Liderin rəhbərliyi altında Azərbaycan qarşıya qoyduğu bütün hədəflərə çatacaq.

Təşviqat qrupunun üzvləri seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və güclü Lider cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüşdə çıxış edən seçicilər isə fevralın 7-də Azərbaycana qələbələr bəxş edən qalib Liderə səs verəcəklərini bildiriblər.