YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabunçu seçiciləri İlhamlı gələcəyə səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, təşviqat qrupunun üzvləri Əli Quliyev, Vidadi Orucov, Günel Bəhramova və Natiq Musayev çıxış ediblər.

Çıxış edənlər Azərbaycan Respublikasının bundan sonra da demokratik dövlət quruculuğu, sabit iqtisadi və sosial inkişaf yolu ilə irəliləyəcəyinə inamlarını ifadə ediblər. Vurğulanıb ki, Ulu Öndərin layiqli davamçısı İlham Əliyevin 20 illik fəaliyyəti ərzində ölkəmizin qazandığı uğurlar Azərbaycanı dünyada hörmət edilən, söz sahibi olan dövlətə çevirib.

Natiqlər yeni dövrdə qarşıya qoyulan hədəflərə nail olmaq üçün seçiciləri seçki günü fəal olmağa, qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Öz növbəsində görüş iştirakçıları çıxış edərək seçimlərinin yalnız və yalnız YAP-ın namizədi İlham Əliyevin olduğunu vurğulayıblar.

Qeyd edək ki, “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq rayonun Bilgəh, Maştağa və Nardaran qəsəbələrində yaşayan seçicilərlə fərdi görüşlər də keçirilib. 

DİGƏR Xəbərlər Arxiv