Xəbərlər
Misilsiz inkişaf yolu
Siyəzən rayonunda seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Siyəzən rayonunda seçicilərlə görüş keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Qalib xalqın qalib Lideri” adlı videoçarx nümayiş etdirilib.
Görüşdə YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev, təşviqat qrupunun üzvləri Tamerlan Qurbanov, Rüstəm Məhərrəmov, şəhid atası Şahkərəm Şahkərəmov çıxış ediblər.
Çıxışlarda qeyd edilib ki, “Zəfər seçkisi” adlandırılan bu seçkilər ölkəmizin bütün suveren ərazilərində keçiriləcəyi üçün müstəqillik tariximizdə mühüm əhəmiyyət kəsb edir. Vurğulanıb ki, hazırda müasir Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün ən qüdrətli dövrünü yaşayır. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan abadlıq və quruculuq işlərini hər bir Azərbaycan vətəndaşı böyük qürur hissi ilə izləyir.
Natiqlər seçiciləri qarşıdan gələn prezident seçkilərində fəal iştirak etməyə və Qarabağda bayrağımızı ucaldan qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.