YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Zəfər, inkişaf, rifah naminə qalib Lidərə səs verək!”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Nəsimi rayonunda seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, YAP Təftiş komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, təşviqat qrupunun üzvləri Vaqif Abdullayev, Mirələm Calalov, Yaşar Məmmədova, Elza Orucova, Yaşar Əhmədov, Əvəz Ələkbərov və Ruhəngiz Heydərova çıxış ediblər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Görüşdə qeyd olunub ki, 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası yeni reallıq formalaşdırıb. Bu mənada 7 fevral tarixində keçiriləcək prezident seçkiləri ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Bu tarixi zəfərlərə məhz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə nail olunub.

Görüşdə çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək Azərbaycana uğurla rəhbərlik edən Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, Nəsimi rayonu Ağadadaş Qurbanov, Alferd Nobel, Afiyəddin Cəlilov, Balababa Məcidov küçələri, Azadlıq prospekti və 3-cü mikrorayon ərazisində yaşayan seçicilərlə də görüşlər keçirilib.