Xəbərlər
Xəzər rayonunun Mərdəkan qəsəbəsində seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində seçicilərlə görüş keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasını Dövlət Himni səsləndirilib.
Sonra isə “Qalib xalqın qalib Lideri” adlı videoçarx nümayiş olunub.
Görüşdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, partiyanın İdarə Heyətinin üzvləri - Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Milli Məclisin deputatı Eldar İbrahimov, təşviqat qrupunun üzvləri Təranə Quliyeva və Mürsəl Mürsəlov çıxış ediblər.
Çıxışlarda Müzəffər Ali Baş Komandanın böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz Ordumuzun şücaəti sayəsində Azərbaycanın əldə etdiyi şanlı Qələbədən danışılıb. Qeyd olunub ki, ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək “Zəfər seçki”sində də Azərbaycan xalqı artıq işğal və seperatizm problemi olmadan, eləcə də müstəqillik tarixinin ən güclü dövrünü yaşayaraq siyasi iradəsini ortaya qoyacaq.
Natiqlər seçiciləri ölkəmizin işıqlı sabahına - Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verməyə çağırıblar.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.