YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalq tarixi Zəfərə görə dövlət başçısına minnətdardır!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Bərdə rayonunda seçicilərlə görüş keçirilib.

Görüşlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya, təbliğat qrupunun üzvləri Qasım Hacıyev, Tərlan Musayeva, Aqşin Hacızadə, Elçin Cəfərli, Birinci Qarabağ müharibəsi iştirakçısı Gəray Əsədov, şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribova, “Qarabağ” ordenli şəhid Asəf Əsgərovun qardaşı Rahib Əsgərov çıxış ediblər.

Çıxışlarda Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edilib. Bildirilib ki, 1993-cü ildən bəri Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb.

Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində prezident seçkiləri keçiriləcək. Ona görə də qarşıdan gələn prezident seçkiləri haqlı olaraq cəmiyyətimiz tərəfindən Zəfər seçkisi kimi dəyərləndirilir. Seçkilərin ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti olduğu vurğulanıb.

Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər də fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər. 

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

Qeyd edək ki, həmin gün təşviqat qrupunun üzvləri fərdi görüşlər də keçiriblər.