Xəbərlər
Xalq-iqtidar birliyinin həlledici uğuru
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Balakən rayonunun Katex kəndində yaşıyan seçicilərlə növbəti görüş keçirilib.
Görüşdə YAP Balakən rayon təşkilatının sədri Azad Balayev, Milli Məclisin deputatı Nəsib Məhəməliyev, təşviqat qrupunun üzvləri Şöyüb Mikayılov, Şaban Daşdəmirov, Vətən müharibəsi iştirakçısı Nicat Mikayılov çıxış ediblər.
Çıxışlarda son 20 ildə qazanılan möhtəşəm uğurların Prezident İlham Əliyevin adı ilə bağlı olduğu vurğulanıb. Natiqlər qeyd ediblər ki, Vətən müharibəsində əldə olunan böyük Qələbə Azərbaycan Prezidentinin Qarabağ uğrunda Zəfər salnaməsi - parlaq səhifəsidir. Bu Zəfər Ali Baş Komandan İlham Əliyevin qələbə əzminin, sarsılmaz iradəsinin, qətiyyətli praqmatik siyasətinin, hərbi-sərkərdəlik məharətinin qanunauyğun nəticəsidir. Bu qələbə “dəmir yumruq” kimi möhkəm xalq-iqtidar birliyinin həlledici uğurudur.
Natiqlər seçiciləri fəal olmağa, səsvermə günü qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.
Qeyd edək ki, təşviqat qrupunun üzvləri Balakən rayonunun Qazbölük yaşayış məntəqəsində yaşayan seçicilərlə də məhəlli görüşlər keçiriblər.