Xəbərlər
Biz cənab İlham Əliyevə səs verəcəyik!
Xətai rayonunda seçicilərlə növbəti görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Xətai rayonunun Zığ qəsəbəsində yaşayan seçicilərlə növbəti görüş keçirilib.
Görüşdə YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin, YAP Təftiş Komissiyasının üzvi, Milli Məclisin deputatı Naqif Həmzəyev, təşviqat qrupunun üzvləri Vətən müharibəsi şəhidi mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, Cavanşir Tarverdiyev və Cəlal İbrahimli çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Azərbaycanın tarixi Zəfərinin müəllifi olan cənab İlham Əliyev 20 illik prezidentlik dövrünün 17 ilini işğal altında olan torpaqlarımızın azad edilməsinə hazırlıq işlərinə yönəltdi. Güclü iqtisadiyyat və güclü ordu yaradan Azərbaycan tarixi Zəfər qazanaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.
Cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu layiqli şəkildə və yeni dövrün reallıqlarına uyğun uğurla davam etdirərək hər bir azərbaycanlının Prezidenti olmağı bacardı.
Natiqlər seçiciləri fevralın 7-də keçiriləcək prezident seçkilərində fəallıq göstərməyə, Azərbaycanın gələcək uğurlarının təminatçısı, ölkəmizi beynəlxalq aləmdə tanıdan, millətin və xalqın sevimlisi cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.
Qeyd edək ki, Xətai rayonunda “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq Lütfizadə 10, Məzahir Rüstəmov 19 və 12 ünvanlarında görüşlər də keçirilib.