YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan üçün AŞPA heç bir əhəmiyyət kəsb etmir

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Yanvarın 25-də Azərbaycan nümayəndə heyətinin AŞPA-da ölkəmizə qarşı irqçi, Azərbaycanofob və İslamafob münasibətə cavab olaraq əməkdaşlığı qeyri-müəyyən müddətə dayandırmaq qərarını verməsi AŞPA üçün gözlənilməz cavab zərbəsi oldu. 2001-ci ildən etibarən ölkəmiz Qarabağ probleminin həllinə görə Avropa Şurasına üzv olmuşdu və münaqişənin uzadılması Avropa Şurasına Azərbaycana qarşı illər boyunca təyziq etməyə münbit şərait şərait yaradırdı.

2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror əməliyyatından sonra BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra edən Azərbaycan BMT nizamında bu addımı atan ilk ölkə olub. Hətta BMT-nin müvafiq missiyası Xankəndiyə səfər edərək burada heç bir “etnik təmizləmə” əlamətlərinin olmadığını qeyd edib. Lakin bütün bunlara baxmayaraq möcud reallıqları qəbul etməkdə çətinlik çəkən təsisatlardan biri də AŞPA-dır.

Xaricdə və daxildə yarıtmaz siyasət həyata keçirən Fransa Prezidenti Emmanuel Makron bu çatışmazlıqları Azərbaycana təyziq etməklə ört-basdır etməyə çalışır. Bunun üçün isə Fransa Almaniya vasitəsilə AŞPA-da Azərbaycana qarşı təxribatçı addımlar atır. Qərb dairələrinin geopolitik məkanı düzgün hesablamaqda çətinlik çəkdiyi açıq aşkar görünür. Ona görə ki, Azərbaycanla münasibətləri düzgün tarazlamayan qüvvələr Azərbaycanın xarici və daxili siyasətinin milli maraqlara əsaslandığını unudurlar. Təmsil olunduğumuz istənilən platformada dövlətimizin milli maraqları daim yüksək səviyyədə qorunur və ölkəmizə qarşı istənilən təxribata layiqli cavab verilir.

AŞPA kimi nüfuzu olmayan təsisatın Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Reallıq odur ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaşdır və bu gün ölkəmiz 7 Avropa ölkəsinə qaz ixrac edir. Seçkilər zamanı reytinq xatirinə erməni lobbisinin dəstəyini qazanmağa çalışan “lider”lərin canfəşanlığı müvəqqətidir və heçdə öz vətəndaşlarının maraqlarına xidmət etmir. Hər bir halda artan enerji xərclərinin yükünü çəkən həmin dövlətlərin vətəndaşları olur. Azərbaycan isə bütün bunlara baxmayaraq, sülhün tərəfdarıdır və regionda dayanıqlı sülhün bərqərar olması üçün nəticəyönümlü fəaliyyət göstərir.