Xəbərlər
Hər bir azərbaycanlının Prezidenti!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Ağdam rayonunda seçicilərlə növbəti görüş keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Görüşdə YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, təşviqat qrupunun üzvləri Mətanət Misirxanova, Hafiz Əzimzadə, Natiq Cavadov və qazi Baxşeyiş Hətəmov çıxış ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edilib. Qeyd olunub ki, tarixi zəfərlər və qələbələr partiyası olan Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir.
Bildirilib ki, YAP iqtidarda olduğu 30 ildən artıq dövrdə, xüsusən son 20 ildə ölkəmizdə bütün sahələr üzrə böyük nailiyyətlər əldə olunub. Partiyanın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı gələcəkdə daha böyük uğurlar və qələbələr gözləyir.
Seçicilər də çıxışlarında fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.