Xəbərlər
Qüdrətli dövlət qurmağı bacaran Liderə səs verək!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Ağcabədi rayonunun Hacılar, Qaraxanlı və Boyat kəndlərində seçicilərlə görüş keçirilib.
Görüşlərdə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, təşviqat qrupunun üzvləri Tariyel Əsədov, Məleykə Kərimova, Yaqut Hüseynova çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə müxtəlif sahələrdə əldə olunan böyük nailiyyətlər, o cümlədən Vətən müharibəsində qazanılan tarixi Qələbə Azərbaycan xalqının öz seçimində yanılmadığını bir daha sübut etdi. Atılan addımlara, görülən işlərə isə ən yüksək qiyməti Azərbaycan xalqı verir. Əminliklə vurğulanıb ki, 7 fevral tarixində də xalq 30 illik torpaq həsrətinə son qoyan, qüdrətli dövlət qurmağı bacaran qalib Liderin ətrafında sıx birləşəcək və ölkəmizin daha parlaq gələcəyi naminə cənab İlham Əliyevə səs verəcək.