YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daha möhtəşəm zirvələri fəth edəcəyik!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Səbail rayonunda seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra  Prezident İlham Əliyevin 20 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Görüşdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, təşviqat qrupunun üzvləri Nicat Hüseynov, Elçin Əhmədov, Mərahim Fərzəlibəyov və Fərrux Rüstəmov çıxış ediblər.

Qeyd olunub ki, son 20 il Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin Liderliyi, parlaq zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub.

Seçicilər ötən dövr ərazində həyata keçirilən dövlət siyasətini dəstəklədiklərini, seçkilərdə fəal iştirak edərək partiyanın namizədi cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.

Görüşün sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, həmin gün Səbail rayonu “Badamdar küçəsi 1”, “Bibiheybət yolu 1/3”, “Namiq Quliyev küçəsi 25”, “Aydın Məmmədov küçəsi 25”  və “Seyid Rüstəmov küçəsi 1” ünvanlarında yaşayan seçicilərlə də fərdi görüşlər keçirilib.