YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Düşünülmüş, ardıcıl və məqsədyönlü siyasət

Naxçıvan Muxtar Respublikasında seçicilərlə görüşlər davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Naxçıvan şəhərində şəhid ailələri və qazilərlə, o cümlədən ziyalı və ağsaqqallarla görüş keçirilib.

Görüşdə YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli, Naxçıvan MR Ali Məclisinin deputatı Aidə Allahverdiyeva, təşviqat qrupunun üzvləri İsmayıl Hacıyev, Tariyel Talıbov, Tofiq Əliyev, Vəli Baxşəliyev, Mehriban Sultanova, şəhid baş leytenant Amin Gülməmmədovun atası Mayis Gülməmmədov, şəhid baş leytenant Raqib Hüseynovun anası Rəna Hüseynova, şəhid gizir Bağır Ələkbərovun atası Əsəd Ələkbərov və digərləri çıxış ediblər.

Çıxışlarda bildirilib ki, xalqımız cənab İlham Əliyevin rəhbərliyi ilə son 20 il ərzində Azərbaycan tarixinin ən şanlı dövrünü yaşadı. Əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, Şuşada, Xankəndidə Azərbaycan Bayrağını ucaldan Prezident İlham Əliyev xalqı bundan sonra da zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq, xalqın yanında olacaq.

Təşviqat qrupunun üzvləri seçiciləri fevralın 7-də prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Qeyd edək ki, həmin gün Xok, Qabıllı, Qıvraq qəsəbələrində seçicilər ilə fərdi görüşlər də keçirilib.