Xəbərlər
Gənclərin dostu!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Lerik rayonunda gənc seçicilərlə görüş keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Milli Məclisin deputatı İqbal Məmmədov, təşviqat qrupunun üzvləri Elxan Qənbərov, Gültəkin Şıxəliyeva, Cəlil Baxşıyev və Veysəl Məlikov çıxış ediblər.
Çıxışlarda Azərbaycanda gənclər siyasətinə böyük önəm verildiyi, gənclərin günü-gündən ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynadığı diqqətə çatdırılıb. Gənclərin dövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışdıqları xüsusi vurğulanıb.
Gənc seçicilər də dövlət başçısının onlara göstərdiyi dəstəyi yüksək qiymətləndirərək, 7 fevral tarixində keçiriləcək prezident seçkilərində yekdilliklə cənab İlham Əliyevə səs verəcəklərini deyiblər.
Qeyd edək ki, həmin gün rayonun ayrı-ayrı ərazilərində seçicilərlə görüşlər davam edib.