Xəbərlər
Xalqına və dövlətinə layiqli xidmət edən Lider

Xəzər rayonu Şüvəlan qəsəbəsində yaşayan Cəbrayıllı seçicilər ilə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Xəzər rayonu Şüvəlan qəsəbəsində yaşayan cəbrayıllı seçicilər ilə görüş keçirilib.
Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev və başqaları çıxış ediblər. Görüş zamanı çıxış edən seçicilər fevarlın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.