YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

7 fevral seçkiləri tarixə qızıl hərflərlə yazılacaq

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Beyləqan rayonunun Birinci Şahsevən, İkinci Şahsevən kəndində və Beyləqan şəhəri Mikayıl Müşfiq küçəsində yaşayan seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, təşviqat qrupunun üzvləri Etibar İmanov, Bakir Həsənov, Xəyalə Kərimova, Niyaməddin Əsgərov, şəhid atası Elnur Teymurov və başqaları çıxış ediblər. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Natiqlər seçiciləri 7 fevralda seçki məntəqələrə gedərək Azərbaycana tarixi Zəfər bəxş etmiş qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Təşviqat kampaniyası çərçivəsində həmçinin rayonun İkinci Şahsevən kəndində şəhid ailəsi ziyarət olunub.