YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Balakənlilər öz seçimini ediblər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də  Balakən rayonunun Püştətala və Mahamalar kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Görüşdə YAP Balakən rayon təşkilatının sədri Azad Balayev, Milli Məclisin deputatı Nəsib Məhəməliyev, təşviqat qrupunun üzvləri  Fuad Mikayılov, Osman Əliyev, Azər Məmmədov, Cavanşir İsmayılov və digərləri  çıxış ediblər. Çıxışlarda qeyd edilib ki,  Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu və Prezident İlham Əliyevin davam etdirdiyi inkişaf strategiyası son 20 ildə Azərbaycanın böyük tarixi uğurlara, möhtəşəm Zəfərə, eyni zamanda mühüm sosial irəliləyişlərə nail olmasını təmin edib. Bu müdrik və uzaqgörən siyasət bundan sonra da ölkəmizi dinamik inkişaf yolunda zirvələrə doğru aparacaq.

Tədbirdə çıxış edən seçicilər artıq öz seçimlərini etdiklərini, 7 fevralda seçki məntəqələrinə gedərək qalib Lider İlham Əliyevə səs  verəcəklərini bildiriblər.