Xəbərlər
Ağcabədi seçiciləri qalib xalqın qalib Liderini dəstəkləyir
2024-cü il fevral 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin təşviqat kampaniyası çərçivəsində yanvar 23-də Ağcəbədi rayonunun Minəxorlu, Kürdlər və Sarvanlar kəndlərində seçicilərlə görüş keçirilib.
Görüşlərdə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, təşviqat qrupunun üzvləri Əlizadə Nəcəfov, Ramiz Atayev, Əmir Əliyev, Sədaqət Qurbanova, şəhid atası Mübariz Qəhrəmanov, şəhid atası Türbəndə Məmmədov, Vətən müharibəsi iştirakçısı Bəxtiyar Əliyev çıxış ediblər.
Çıxış edənlər Yeni Azərbaycan Partiyasının bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə getdiyini diqqətə çatdırıblar. Çıxış edən natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Görüş zamanı seçicilər fevarlın 7-də seçki məntəqələrinə gedərək xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, təşviqat qrupunun üzvləri şəhid ailələrini də ziyarət edərək fərdi görüşlər keçiriblər.