Xəbərlər
Tarixi Zəfər cənab İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Göyçay rayonunun Ləkçıplaq, Cəyirli, Kürdəmiş və Türkman kəndlərində yaşayan seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, yerli təşviqat qrupunun üzvləri Xəlil Orucov, Nazir Əhmədov, Mehriban Mütəllimova və Səbinə Qurbanova çıxış ediblər. Çıxışlarda ölkəmizin əldə etdiyi hər bir uğurun məhz Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin məqsədyönlü siyasətinin bariz göstəricisi olduğu vurğulanıb. 2020-ci ildə cəmi 44 gün davam edən Vətən müharibəsində əldə edilən şanlı Zəfərdən geniş bəhs edilib.
Diqqətə çatdırılıb ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.