YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qələbələrə davam!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Şəki rayonunun Turan və Qayabaşı kəndlərində seçicilərlə görüşlər keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib.

Görüşlərdə YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, rayon təşkilatının sədr müavini Ziya Vəliyev, təşviqat qrupunun üzvləri Baba Yusifov, Cəsarət Baxışov, Şahvələd Əliyev, Baba Səmədov, şəhid atası Mikayıl Məmmədov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, müasir dünyada dövləti lazımi səviyyədə idarə etmək üçün çox yüksək səriştə və siyasi iradə lazımdır. Bu keyfiyyətlər də cənab İlham Əliyevdə yüksək səviyyədədir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qalib Ordumuz erməni təcavüzkarlarının, onların havadarlarının dərsini verib. Ordumuzun, xalqımızın birliyi və şücaəti bütün dünyaya nümayiş etdirilib.

Natiqlər seçiciləri 7 fevral tarixində cənab İlham Əliyevin ətrafında sıx birləşərək inkişafa, sabitliyə, suverenliyə səs verməyə dəvət ediblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.