YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Lider İlham Əliyevlə yeni hədəflərə doğru!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Balakən rayonunun İtitala kəndinin seçiciləri ilə görüş keçirilib.

Görüşdə YAP Balakən rayon təşkilatının sədri Azad Balayev, Milli Məclisin deputatı Nəsib Məhəməliyev, təşviqat qrupunun üzvləri Şöyüb Mikayılov, Məhəmməd Mustafayev, Sarvan Şibliyev, Azər Kərimov və digərləri çıxış ediblər. Çıxışlarda bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunmasından sonra Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan bayrağını dalğalandırması Zəfərimizin zirvə nöqtəsi idi. Artıq yeni hədəflərə doğru irəliləmək zamanıdır. 

Natiqlər seçiciləri yeni hədəflərə inamla irəliləmək üçün adını və imzasını tarixin səhifələrinə əbədi qalib Lider kimi yazdıran cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.

Seçicilər bildiriblər ki, fevralın 7-də seçki məntəqələrinə gedərək Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklər.