YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafalılar qələbəmizin memarına səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Ağstafa rayonundakı Heydər Əliyev Mərkəzində gənc seçicilərlə, o cümlədən idmançılarla və Aşağı Göycəli kəndində, Ağstafa şəhərində şəhid ailələri, sakinlərlə görüş keçirilib.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, təşviqat qrupunun üzvləri Sahib Salıfov, Ləman Cəlilova, Həcər Namazova, Cümşüd Musayev və Vüsalə Salahova çıxış ediblər. Qeyd olunub ki, Prezident İlham Əliyevin 20 illik fəaliyyəti dövründə Azərbaycan dövləti daha da inkişaf edərək regionun ən qüdrətli ölkəsi kimi yüksək nüfuz qazanıb. Ərazi bütövlüyümüz, suverenliyimiz tam təmin edilib, bayrağımız vaxtilə işğal altında olmuş bütün ərazilərimizdə dalğalandırılıb.

Görüşdə iştirak edən gənc seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, həmin gün Ağstafa şəhərində şəhid ailələri ziyarət olunub, rayonun Aşağı Göycəli kəndində seçicilərlə fərdi görüşlər keçirilib