YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Lider uğurlu gələcəyin yeganə qarantıdır!

Tərtər rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Tərtər rayonunun Cəmilli, Dəmirçilər və Balakəngərli kəndindən olan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, təşviqat qrupunun üzvləri Hafis Ələkbərov, Səlimə Yusibova, Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə çıxış ediblər.

Çıxışlarda Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edilib. Bildirilib ki, son 20 ildə Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə milli gücünün artmasını təmin edib. Azərbaycan xalqı cənab Prezident İlham Əliyevə böyük inam bəsləyir və dövlət başçısının həyata keçirdiyi siyasəti tam olaraq dəstəkləyir. Prezident İlham Əliyevin diplomatik məharəti bütün dünya liderləri tərəfindən qəbul və təqdir edilir.

Çıxış edənlər cənab İlham Əliyevin diplomat olmaqla yanaşı, böyük sərkərdə kimi də özünü dəfələrlə təsdiq etdiyini və Azərbaycan tarixinə adını qızıl hərflərlə yazdığını qeyd ediblər.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində aktiv iştirak etməyə və Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər isə cənab İlham Əliyevin Azərbaycanı uğurlu gələcəyə aparan, dövlətimizi və xalqımızı dünyada yüksək səviyyədə təmsil edən Lider olduğunu vurğulayıb, hamılıqla fevralın 7-də seçki məntəqələrinə gedərək xalqımıza möhtəşəm Zəfər sevinci yaşadan, Qarabağda Azərbaycan bayrağı ucaldan Müzəffər Ali Baş Komandana səs verəcəklərini diqqətə çatdırıblar.

DİGƏR Xəbərlər Arxiv