YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Daha güclü Azərbaycan, daha böyük Zəfərlər naminə cənab İlham Əliyevə səs verəcəyik!”

2024-cü fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 21-də Göyçay rayonunun sənaye zonası ərazisində, Bəydövül, Şəkər, Qaraxıdır kəndlərində, yaşayan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov,  təşviqat qrupunun üzvləri şəhid atası Akif Kərimov Namət Şirinov, Eldəniz Məmmədov, Pərviz Yəhyalı çıxış ediblər. Çıxışlarda Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə getdiyi vurğulanıb. Bildirilib ki, qarşıdan gələn prezident seçkiləri haqlı olaraq cəmiyyətimiz tərəfindən Zəfər seçkisi kimi dəyərləndirilir. Çünkü bu seçki müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq respublikamızın bütün ərazisində keçiriləcək.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər fevarlın 7-də seçki məntəqələrinə gedərək daha güclü Azərbaycan, daha böyük Zəfərlər naminə cənab İlham Əliyevə səs  verəcəklərini bildiriblər. 

DİGƏR Xəbərlər Arxiv