Xəbərlər
Mərdəkanlı seçicilərin seçicimi cənab İlham Əliyevdir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 21-də Xəzər rayonu Mərdəkan qəsəbəsində seçicilərlə görüş keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, “Qalib xalqın, qalib Lideri-Prezident İlham Əliyev!” adlı videoçarx nümayiş olunub.
Görüşdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Veteranlar Şurasının üzvü Adilə Abbasova, “91-lər”dən Hacı Hacıyev, təşviqat qrupunun üzvləri Əli Cəfərov, Ədalət Səmədov və Təvəkkül Səlimov və çıxış ediblər. Natiqlər Prezident İlham Əliyevin vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətinin 20 illik uğurlarından, 44 günlük Vətən müharibəsində qazandığımız böyük Zəfərdən geniş bəhs edilib.
Natiqlər “Bugünkü uğurlu seçimimiz parlaq sabahımızın əsasını qoyur”-deyərək seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və ölkəmizin işıqlı sabahına səs verməyə çağırıblar.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.