Xəbərlər
Mingəçevirdə seçicilərlə növbəti görüş...
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 21-də Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində seçicilərlə növbəti görüş keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Dövlət Himni səsləndirilib.
Görüşdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, YAP mərkəzi təşviqat qrupunun üzvü Əfqan Abdullayev, təşviqat qrupunun üzvləri Ella Yaqubova, Etibarə Babayeva və Esmira Salamova çıxış ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin güclü, qətiyyətli və müdrik Lider olduğu vurğulanıb. Bildirilib ki, müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan misilsiz inkişaf yolu keçib.
Natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə qazandığı böyük uğurlar barədə geniş məlumat verərək seçicilərin fevralın 7-də Heydər Əliyev siyasətinə və bu siyasətin layiqli davamçısı cənab İlham Əliyevə səs verəcəyinə əminliklərini ifadə ediblər.
Görüşün sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.