YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalq 20 il öncə olduğu kimi bu dəfə də doğru seçim edəcək!

2024-cü ilin fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 21-də Masallı şəhər Mədəniyyət evində və rayonun Bala Təklə, İmanlı, Sarıcəfərli, Kəlbəhüseynli kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Görüşlərdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Milli Məclisin deputatları Anar İsgəndərov, Məşhur Məmmədov, təşviqat qrupunun üzvləri Aytən Əliyeva, Əntiqə Tağıyeva, Səfalı Paşayev, Teymur Hüseynov, Dilguşə Məmmədova, Bilay Səfərova, Şəfa Xəlilova, Sevda Abbasova, Sakit Müslümov, Aynur İbrahimova, Bəhrəm Abuşov, Ziyafət Məmmədov və Razzaq Paşayev çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 20 il ərzində Azərbaycan hər bir sahədə böyük inkişaf yolu keçib. Bütün sahələrdə görülən işlər, qazanılan uğurlar onu göstərir ki, Azərbaycan doğru yolda irəliləyir və xalqımız düzgün seçim edib.

Natiqlər seçiciləri ölkəmizdə gedən möhtəşəm proseslərdə daha yaxından iştirak etməyə və fevralın 7-də YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Çıxış edən seçicilər isə Prezident İlham Əliyevin Azərbaycan xalqı üçün göstərdiyi diqqət və qayğıdan söz açaraq budəfəki seçkilərdə də Yeni Azərbaycan Partiyasının qələbəsinə əmin olduqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv