Xəbərlər
Politoloq: Ermənistan arxayın olmasın ki, hansısa bir qüvvə gəlib onu müdafiə edəcək

«Xaricdəki erməni ekspertləri də, ermənipərəst rus ekspertləri də müharibəni labüd hesab edirlər. Lakin onların heç biri Ermənistanın qələbə əldə edəcəyi barədə fikir bildirmir. Hamısı qeyd edir ki, müharibə başlasa qısamüddətli olacaq». Bu fikirləri politoloq Mübariz Əhmədoğlu deyib.
M.Əhmədoğlu bildirib ki, müharibə başlasa, Ermənistan məğlubiyyətə düçar olacaq. Onun sözlərinə görə, Ermənistan tərəfi müharibəni gözləyir.
«Müharibənin çox variantları var. Azərbaycanın hərbi gücü nəzərə alınarsa, bu heç müharibə deyil. Erməni ekspertlərinin fikrində də əsas məsələ budur. Müharibə Ermənistanla Azərbaycana aid olan bir məsələdir. Ermənistan arxayın olmasın ki, hansısa bir qüvvə gəlib onu müdafiə edəcək»- deyə, politoloq qeyd edib.