Xəbərlər
Xalq qarşısında verilmiş vədlər yerinə yetirildi

Yasamal rayonunda seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Yasamal rayonu “Mirəli Seyidov küçəsi. 31-38” ünvanlarında yaşayan seçicilərlə görüş keçirilib.
Görüşdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev söyləyib ki, 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndinin mərkəzi meydanında Azərbaycan bayrağını yüksəltməklə ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa olunduğunu bütün dünyaya nümayiş etdirib. Bu, xalq qarşısında verilmiş ən böyük vədin yerinə yetirilməsi idi.
Seçicilər 7 fevral tarixində seçki məntəqələrinə gedərək verdiyi vədlərə əməl edən tarixi şəxsiyyət, Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəkləyəcəklərini deyiblər.