Xəbərlər
Ölkəmiz inkişafın keyfiyyətcə yeni mərhələsinə daxil olub

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Culfa rayonunun Dizə kəndində Dizə, Gal və Şurud kəndlərinin seçiciləri ilə görüş keçirilib.
Görüşdə Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının sədri Qadir İbrahimov, partiyanın Mərkəzi Təşviqat Qrupunun üzvü, Milli Məclisin deputatı Cəbi Quliyev, təşviqat qrupunun üzvləri - Naxçıvan MR Ali Məclisinin deputatı Fərəc Fərəcov, Ədalət Əhmədov, Hüseyn Şəkərəliyev, Türkanə Hüseynova, Yaşar Tağıyev və başqaları çıxış ediblər.
Qeyd edilib ki, Culfa seçiciləri qalib Lider cənab İlham Əliyevin namizədliyini dəstəkləyir. Prezident İlham Əliyev xalqına ləyaqətlə xidmət edir, Onun yenidən Azərbaycan dövlətinə rəhbərlik etməsi tarixi və məntiqi zərurətdir.
Görüşdə vurğulanıb ki, 7 fevralda keçiriləcək prezident seçkilərində “Qalib xalqın qalib Lideri!” şüarı ilə Culfa seçiciləri cənab İlham Əliyevə səs verəcəklər.