Xəbərlər
Xalqımızın tarixi arzusunu reallaşdıran müzəffər Ali Baş Komandan
Tovuzda seçicilərlə görüşlər keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Tovuz şəhəri və rayonun Aşağı Öysüzlü, Düz Qırıqılı kəndlərində seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, təviqat qrupunun üzvləri İlqar Kərimov, Məzahir Bayramov, Arif Əsgərov, Mücaməddin Axundov, Nazim Quliyev, Rauf Rüstəmov və qazi Vüsal Tağıyev çıxış ediblər.
Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın tarixi arzusunun reallaşdığı, bu gün Azərbaycanın beynəlxalq aləmdə böyük uğurlara imza atdığı və dünyada mövqeyinin möhkəmləndiyi diqqətə çatdırılıb. Natiqlər ölkənin kifayət qədər güclənməsi, regional proseslərdə həlledici söz sahibinə çevrilməsi, beynəlxalq proseslərə təsir imkanlarının qazanılmasından geniş bəhs ediblər. Fevralın 7-də müstəqil Azərbaycanın həyatında ilk dəfə bütün ölkə ərazisində keçiriləcək Zəfər seçkilərinin əhəmiyyətindən söz açılıb, təşviqat qrupunun üzvləri seçiciləri cənab İlham Əliyevin uzaqgörən, qətiyyətli və müdrik siyasətinə dəstək olmağa çağırıblar.
Görüş zamanı çıxış edən seçicilər isə seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildiriblər.