Xəbərlər
Zəfərlərimizin davamlılığı naminə…
Cəlilabad rayonunun Seyidbazar və Qarakazımlı kəndlərindən olan seçicilərlə görüşlər keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın -18 də Cəlilabad rayonunun Seyidbazar və Qarakazımlı kəndlərindən olan seçicilərlə görüşlər keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, Milli Məclisin deputatı Malik Həsənov, təşviqat qrupunun üzvləri Rafiq Hüseynov, Rəxşəndə Qasımova və digərləri çıxış ediblər.
Çıxışçılar diqqətə çatdırıblar ki, son 20 ilin uğur salnaməsində qürurverici hadisələrin sayı-hesabı yoxdur. Tarixə qızıl hərflərlə yazılan xilaskarlıq missiyası - Azərbaycanın ərazi bütövlüyünün təminatı qəhrəman əsgərlərimizin hünəri, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin iradəsi, "dəmir yumruğ"u ilə gerçəkləşdi. İndi Qarabağın zirvələrində qürur simvolumuz olan üçrəngli müqəddəs bayrağımız dalğalanır, Qarabağın, Şərqi Zəngəzurun xarabalıqları üzərində yüksək zövqlə "ağıllı şəhərlər, kəndlər" salınır, yollar çəkilir, sosial infrastruktur yaradılır.
Natiqlər qeyd ediblər ki, cənab İlham Əliyev Qarabağı azad edən, xalqımızı xəcalətdən qurtaran Müzəffər Ali Baş Komandandır. Tarixi Zəfərlərimizin davamlılığı naminə fevralın 7-də səsimizi qalib Liderimizə verək.
Tədbirdə çıxış edən seçicilərdən Rəhman Məmmədov, Bəhman Ağayev, Ələkbər Niftiyev, Maqsud Məmmədov, Ruslan Abbasov və digərləri vurğulayıblar ki, qalib Azərbaycan xalqının tək bir seçimi var, o da alternativsiz Liderimiz İlham Əliyevdir.