Xəbərlər
Cənab İlham Əliyev xalqın namizədidir
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində yanvar ayının 17-də Ağcabədi rayonunun Qaradolaq, Yeni Qaradolaq və Aran kəndlərində seçicilərlə görüş keçirilib.
Görüşlərdə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, təşviqat qrupunun üzvləri Vaqif Qarayev, Xəzangül Qədimalıyeva, Radə Qafarova çıxış edərək Prezident İlham Əliyevin fəaliyyəti dövründə ölkəmizin misilsiz inkişafa nail olduğunu bildiriblər. Natiqlər seçiciləri qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.
Öz növbəsində, seçicilər YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.
Görüşdən sonra YAP Ağcabədi rayon təşkilatının əməkdaşları Yeni Qaradolaq kəndində Vətən müharibəsi şəhidi Hafiz Həziyevin ailəsini ziyarət ediblər.