Xəbərlər
Böyük Qələbənin memarı
Ağstafa rayonunun Göycəli və Kolxəlfəli kəndlərində seçicilərlə fərdi görüşlər keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Ağstafa rayonunun Göycəli və Kolxəlfəli kəndlərində şəhid ailələri və kənd sakinləri ilə görüşlər keçirilib.
YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və təşviqat qrupunun üzvləri Vüsalə Salahova, Elmar Kərimov, Xuraman Əzimova, Alı Mehdiyev, Fəridə Həsənova, İmran Nəsibov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, fevralın 7-də keçiriləcək prezident seçkiləri Azərbaycanın müasir tarixində mühüm hadisədir. Bu seçki ilə dövlətçilik tariximizdəki müəyyən bir dövrə yekun vurulur və gələcək inkişaf baxımından çox strateji bir mərhələ başlanır. Bildirilib ki, müstəqillik tariximizdə ilk dəfə olaraq prezident seçkisi ərazi bütövlüyü bərpa olunmuş Azərbaycanın hər yerində keçiriləcək. Vurğulanıb ki, son 20 ilin tarixi 2003-cü ilin oktyabrında Azərbaycan xalqının nə qədər doğru seçim etdiyini göstərir.
Natiqlər seçiciləri Zəfər seçkilərində partiyanın namizədi, qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.
Şəhid ailələri və kənd sakinləri seçkilərdə fəal iştirak edəcəklərini, böyük Qələbənin memarı olan İlham Əliyevə səs verəcəklərini bildiriblər.